Bank Of Baku

Ekspert: Azərbaycanda xarici valyutada saxlanılan bank əmanətlərinin manata konvertasiyası tedensiyası davam edəcək

Ekspert: Azərbaycanda xarici valyutada saxlanılan bank əmanətlərinin manata konvertasiyası tedensiyası davam edəcək
# 27 may 2010 11:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank əmanətlərinin ümumi məbləğinin 8,8%-i avroda açılan hesabların payına düşür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, əmanətlərin 51%-i dollarda, qalan hissəsi isə manatda saxlanılır. Son zamanlar valyuta əmanətlərinin manat əmanətlərinə konvertasiyası tendensiyası müşahidə olunur və bu tendensiyanın davam etməsi ehtimalı böyükdür.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manat əmanətlərinin xüsusi çəkisi son bir ildə 6 faiz bəndi, cari ilin əvvəlindən 2 faiz bəndi artıb.
A.Cavadov vurğulayıb ki, manat əmanətlərinin artması, digər valyutalarda olan əmanətlərin manata konvertasiyası manatın sabitliyi və bu sabitliyin davam etdirilməsi siyasətinin nəticəsidir.
Xatırladaq ki, cari ilin əvvəlindən manatın avroya qarşı məznnəsi 15% möhkəmlənib, dollara qarşı isə cəmi 0,9% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR