Bank Of Baku

Məzənnənin enməsi fonunda Azərbaycan əhalisi avronun alışını artırıb

Məzənnənin enməsi fonunda Azərbaycan əhalisi avronun alışını artırıb
# 27 may 2010 13:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 10,5% azalıb, alış isə 26,2% artıb.

Beləliklə, yanvar-aprel aylarının yekunlarına görə, əhalinin nağd avronun alışı satışın həcmini 21,2 dəfə üstələyib.

Qeyd edək ki, ötən il nağd avronun əhali tərəfindən alışının orta aylıq həcmi 61,456 mln. avro olduğu halda, cari ildə orta aylıq göstrici 86,148 mln. avroya çatıb. Avronun satışı üzrə həmin göstəricilər müvafiq olaraq 5,305 mln. avro və 4,054 mln. avro təşkil edib.

Nağd avronun alışının artması dünya bazarlarında avronun dollara qarşı və Azərbaycanda avronun manata qarşı məzənnəsinin kəskin ucuzlaşması fonunda baş verir. Xatırladaq ki, cari ilin əvvəlindən avronun rəsmi məzənnəsi 15%, nağd bazarda isə orta məzənnəsi 8,1% enib. Avronun dünya miqyasında gələək taleyi qeyri-müəyyən, həmçinin bu məsələ ciddi müzakirələr predmeti olduğu halda, Azərbaycanda əhali ucuzlaşan valyutanın alışını artırır. Adətən, investorların bu cür yanaşması aktivlərin yaxın gələcəkdə yenidən bahalaşması ilə bağlı gözləntilərin mövcudluğu şəraitində baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR