Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəliklərinin artımı davam edir

Azərbaycanda bankların xarici öhdəliklərinin artımı davam edir
# 27 may 2010 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 443,3 mln. manat və ya 22,9% artaraq 2010-cu ilin may ayının 1-nə 2 381,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 449,1 mln. manat və ya 23,2% artıb, o cümlədən aprel ayında artım 147,9 mln. manat və ya 6,6% təşkil edib.

Bankların xarici öhdəliklərinin dinamikası ardıcıl olaraq son 7 ay ərzində artım nümayiş etdirir:




Göründüyü kimi, ötən ilin yanvar-sentyabr ayları ərzində dünya maliyyə böhranı ilə əlaqədar bankların xarici öhdəlikləri 251,7 mln. manat azaldığı halda, ilin sonrakı dövründə 180,1 mln. manat həcmində artım müşahidə olunub və həmin artım tendensiyası bu il də davam edir.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin mayın 1-nə 1 518,3 mln. manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 375,9 mln. manat və ya 32,9% çoxdur. Bu göstərici yanvar-aprel aylarında 244,6 mln. manat və ya 19,2% artsa da, apreldə 95,2 mln. manat və ya 5,9% azalıb.

Nəticədə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 863,1 mln. manat və 57% üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR