Bank Of Baku

Azərbaycanda pul kütləsinin artımı davam edir

Azərbaycanda pul kütləsinin artımı davam edir
# 27 may 2010 14:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu ilin may ayının 1-nə 8 735,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, M3 aqreqatı yanvar-aprel aylarında 3,1% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-aprel ayları ərzində 2,9% artaraq 6 347,7 mln. manata çatıb:

(mln. AZN)

 

01.05.2009

01.01.2010

01.05.2010

M0 (nağd pullar)

3 297,1

4 174,8

4 434,3

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 109,5

5 239,8

5 337,5

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

4 732,3

6 169,2

6 347,7

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

6 502,4

8 469,2

8 735,5



Göründüyü kimi, həm cari ilin əvvəli ilə müqayisədə, həm də illik müqayisədə pul kütləsinin bütün tərkib hissələri üzrə artım baş verib.

Qeyd edək ki, cari ilin mayın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 69,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR