Bank Of Baku

ABŞ-da yeni maliyyə piramidası aşkarlanıb

ABŞ-da yeni maliyyə piramidası aşkarlanıb
# 28 may 2010 08:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 27-də ABŞ-da «Starr Investment Advisors» investisiya şirkətinin rəhbəri Kennet Starra qarşı maliyyə piramidasının yaradılması ilə bağlı ittiham irəli sürülüb. «APA-Economics»in məlumatına görə, dələduzluq sxeminə görə, K.Starr və hazırda onunla birlikdə ittiham olunan tərəfdaşı Endryu Stayn müştəriləri mövcud olmayan layihələri maliyyələşdirməyə cəlb ediblər, dividendlərin ödənilməsinin imitasiyası üçün isə bir müştərinin hesabından digər müştərinin hesabına vəsaitlər köçürüblər və sair fırıldaqlar həyata keçiriblər. Aldananlar arasında aktrisa Uma Turman və rejisor Martin Skorseze kimi tanınmış simalar da var.
Xatırladaq ki, 2008-ci ilin dekabrında «Nasdaq» birjasının sabiq başçısı Bernard Meydoff tərəfindən yaradılmış maliyyə piramidası aşkarlanıb. Həmin piramidanın müştəriləri ümumilikdə 50 mlrd. dollarlıq itkilərə məruz qalıb, Meydoff isə 150 il müddətinə azadlıqdan məhrum olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR