Bank Of Baku

«Amrahbank» xaricdən daha 5 mln. dollarlıq kredit cəlb edəcək

«Amrahbank» xaricdən daha 5 mln. dollarlıq kredit cəlb edəcək
# 29 may 2010 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Amrahbank» ASC yaxın vaxtlarda Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 5 mln. dollar həcmində kredit cəlb edəcək.

Bunu «APA-Economics»ə açıqlamasında bankın Biznesin inkişafı Departamentinin direktoru Xaliq İldırımzadə bildirib.

Onun sözlərinə görə, artıq AYİB tərəfindən «Amrahbank»ın ilkin təhlili başa çatmaq üzrədir. Yaxın günlərdə ayrılmış vəsait üzrə ilkin tranşların verilməsinə başlanacaq. AYİB tərəfindən banka ayrılmış kreditlər ölkədə kiçik və orta sahibkarlıqla bağlı layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR