Bank Of Baku

Mark Mellok-Braun: «Qlobal maliyyə böhranı hələ davam edir»

Mark Mellok-Braun: «Qlobal maliyyə böhranı hələ davam edir»
# 31 may 2010 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avrozonaya daxil olan bir sıra ölkənin dövlət borclarında yaranan problemlər qlobal maliyyə böhranının hələ də sonna çatmadığını göstərir. «APA-Economics»in məlumatına görə, bunu Dünya İqtisadi Forumunun (DİF) vitse-prezidenti Mark Mellok-Braun bildirib.

«Avrozonaya daxil olan ölkələrin yaşadığı çətinliklər maliyyə böhranının davam etdiyini göstərir. Bununla belə, böhran müxtəlif şəkildə müxtəlif sahələrdə özünü göstərə bilər», - deyə M.Mellok-Braun DİF-in Dohada (Qətər) keçirilən sammitində qeyd edib.

Onun fikrincə, təcili olaraq dünya maliyyə sistemində islahatlar aparılmalıdır.

Qeyd edək ki, Yunanıstanın ardınca hazırda Rumıniya da çətinliklərlə üzləşib. Belə ki, bu ölkədə də hadisələr Yunanıstandakı kimi inkişaf edir: Rumıniya Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı istəyib. Bununla yanaşı, ölkədə əmək haqqı, pensiya və müavinətlər azaldılacaq, vergilər isə öz növbəsində artırılacaq. Ölkə hökuməti qənaət məqsədilə bəzi məktəb və xəstəxanaları bağlamaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR