Bank Of Baku

“Bank Respublika” banklararası basketbol turnirinin qalibi olub

“Bank Respublika” banklararası basketbol turnirinin qalibi olub
# 31 may 2010 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin komandası bu ilin may ayının 17-dən 27-dək keçirilən I banklararası basketbol turnirinin çempionu adını qazanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, I banklararası turnirdə iştirak etmək üçün 4 bank tərəfindən (Azərbaycan Beynəlxalq Bankı, «UniBank», «PaşaBank» və «Bank Respublika») iştirak ərizəsi verilib.

Turnirin bütün oyunları Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. 6 oyundan 5-də qələbə qazanan «Bank Respublika»nın basketbol komandası birinci yeri tutub.

Bununla yanaşı, «Bank Respublika»nın hücumçusu Arif Nəsirov parlaq və gözəl oyun nümayiş etdirərək, təşkilatçıların rəyinə görə və azarkeşlər arasında keçirilən sorğu nəticəsində turnirin ən yaxşı oyunçusu elan edilib.

Qeyd edək ki, turnir Azərbaycan Basketbol Federasiyasının İxtisaslaşdırılmış Basketbol Mərkəzi tərəfindən sağlam həyat tərzinin təbliği və müxtəlif təşkilatların əməkdaşları arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının “25%+1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – “DEG İnvestisiya Şirkəti” və “Sparkassen International Development Trust” təmsil olunur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 334,484 mln. manat, depozit portfeli 153,807 mln. manat, kredit portfeli 177,032 mln. manat, məcmu kapitalı 56,049 mln. manat, o cümlədən nizamnamə kapitalı 30,578 mln. manat olub. Hazırda bankın ölkə üzrə 28 filialı, 44 bankomatı və 254 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR