Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 10% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 10% artıb
# 31 may 2010 10:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılmış bankomatların (ATM) ümumi sayı 2010-cu ilin may ayının 1-nə 1 734 vahid təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 162 bankomat və ya 10,3% çoxdur.

Eyni zamanda, cari ilin əvvəli ilə müqayisədə bankomatların sayı 40 bankomat və ya 2,4% artıb.

Mayın 1-nə fəaliyyət göstərən bankomatların 973-i və ya 56,1%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb. Bakıda və regionlarda quraşdırılan bankomatlar üzrə illik dinamikanın (müvafiq olaraq 10,3% və 10,3%) yekun dinamikaya bərabər olması ATM-lərin say artımının proporsional olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR