Bank Of Baku

Azərbaycan əhalisinin banklardakı əmanətləri 30% artıb

Azərbaycan əhalisinin banklardakı əmanətləri 30% artıb
# 15 iyul 2010 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il iyunun 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 2,5 milrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 061,7 mln. manatı (42,8%-i) milli, 1,420 mlrd. manatı (57,2%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 51,3% və 17,2% artıb. Həmin vəsaitlərin 76,6%-i (1,9 mlrd. manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşüb.

Qeyd edək ki, 2010-cu ilin iyun ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna 2,57 manat, 1 avroya 0,98 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80 manat, 2,67 manat və 1,07 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR