Bank Of Baku

Azərbaycan Hesablama Palatası bir sıra dövlət qurumunda yoxlama aparacaq

Azərbaycan Hesablama Palatası bir sıra dövlət qurumunda yoxlama aparacaq
# 17 avqust 2010 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən maliyyələşən bir sıra qurumlarda audit keçirəcək. Bu barədə «APA-Economics»ə Palatanın mətbuat xidmətindən məlumat verilib.

Hesablama Palatasının avqustun 13-də keçirilmiş kollegiya iclasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair Audit Proqramları təsdiq olunub.

Palata həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət büdcəsindən ayrılan vəsaitlərin və hökumət zəmanəti ilə cəlb edilən kreditlərin istifadəsi ilə bağlı audit aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR