Bank Of Baku

«Bank Respublika»nın uduş kampaniyasının avqust tirajının qalibləri müəyyənləşib

«Bank Respublika»nın uduş kampaniyasının avqust tirajının qalibləri müəyyənləşib
# 17 avqust 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün «Bank Respublika» ASC-nin əmanətçiləri arasında keçirilən uduş kampaniyasının altıncı tirajının 6 qalibi müəyyən olunub. Qaliblər oynanılan qızıl külçələrin sahibi olublar.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin dekabr ayının 15-ə qədər hər ay keçiriləcək uduş kampaniyasının əsas hədiyyələri ən yüksək 999,9 əyarlı qızıl külçələrdir.

Kampaniya çərçivəsində hər ay nəcib metal - qızıl oynanılır. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 manat (dollar və ya avro) məbləği olan hər bir əmanətçi kampaniyanın qalibi ola bilər. Əmanətin hər 1000 manatı (dollar, avro) uduş üçün 1 şans verir. Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR