Bank Of Baku

Sentyabrda Sinqapurda auditorların beynəlxaq konfransı keçiriləcək

Sentyabrda Sinqapurda auditorların beynəlxaq konfransı keçiriləcək
# 17 avqust 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayının 29-30-da Sinqapur Daxili Auditorlar İnstitutunun illik konfransı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatası Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat İdarəsinin rəisi Səbuhi Gülməmmədov bildirib.

S.Gülməmmədovun sözlərinə görə, gələn ay Sinqapurda keçiriləcək bu konfransda iştirak haqqı ödənişli əsaslarla həyata keçiriləcək. Belə ki, Sinqapur daxili auditorlar institutu tərəfindən iştirak haqqı üzvlər üçün 600 ABŞ dolları, üzv olmayanlar üçün 668 dollar məbləğində müəyyən olunub.

S.Gülməmmədov bildirib ki, indiyədək konfransda iştirak üçün yerli auditorlardan müraciət edən olmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 51 yerli və iki xarici audit təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR