Bank Of Baku

«Parabank» regional filial şəbəkəsini genişləndirir

«Parabank» regional filial şəbəkəsini genişləndirir
# 18 avqust 2010 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC filial şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Lənkəran, İmişli və Şəkidə filial açmaq niyyətindədir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda adları qeyd olunan rayonların mərkəzində filiallar üçün ofis axtarılır. Bu filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidməti, depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, plastik kartlar, mobil rabitə operatorları və kommunal xidmətlərin ödənilməsi, bank daxili köçürmələr, həmçinin beynəlxalq sistemlər vasitəsi ilə sürətli pulköçürmə xidmətləri təqdim ediləcək.

Qeyd edək ki, filial şəbəkəsinin genişləndirilməsi planı bankın uzunmüddətli strategiyasına uyğun həyata keçirilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı fəaliyyət göstərir ki, bunun da 8-i regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR