Bank Of Baku

Rusiyadan Azərbaycana komissiyasız pul köçürmək mümkün olacaq

Rusiyadan Azərbaycana komissiyasız pul köçürmək mümkün olacaq
# 18 avqust 2010 08:50 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Rusiyanın aparıcı rabitə operatorlarından biri olan «MTS» şirkəti pərakəndə şəbəkəsinin abunəçilərinə bır sıra MDB ölkələrinə pul köçürmələrini komissiyasız həyata keçirmək imkanı təqdim edib.

«APA-Economics»in məlumatına görə, şirkət Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova və Ukraynaya pul köçürmələri həyata keçirdikdə abunəçilərə komissiya məbləğini öz mobil telefonlarının hesabına daxil etmək imkanı yaradıb. Abunəçi pul köçürməsini həyata keçirmək üçün pasportunu təqdim etməlidir.

Pul köçürməsinin maksimal məbləğı 120 min rubl təşkil edir. Ümumiyyətlə, Rusiya ərazisində pul köçürməsi üçün nəzərdə tutulmuş komissiya 1,5%, MDB ölkələri üçün isə 2% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR