Bank Of Baku

«DəmirBank» nizamnamə kapitalını artırır

«DəmirBank» nizamnamə kapitalını artırır
# 18 avqust 2010 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «DəmirBank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «DəmirBank»ın artıq avqust ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 5,3% artaraq 20 mln. manata çatacaq.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 281,802 mln. manat, depozit portfeli 101,510 mln. manat, kredit portfeli 185,262 mln. manat, məcmu kapitalı 47,637 mln. manat, nizamnamə kapitalı isə 19 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR