Bank Of Baku

«AccessBank» son bir ildə mənfəətini 56% artırıb

«AccessBank» son bir ildə mənfəətini 56% artırıb
# 18 avqust 2010 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 338,240 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,3 dəfə genişlənərək 68,605 mln. manata, o cümlədən əhalinin əmanətləri 64,417 mln. manat təşkil edib. Bankın kredit portfeli 38% artaraq 273,639 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 55,6% artaraq 22,358 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 47% artaraq 75,042 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,1 dəfə artaraq 41,8 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın məcmu gəlirləri 38% artaraq 42,861 mln. manat, xərcləri isə 31,2% artaraq 29,592 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 56% artaraq 13,268 mln. manata çatıb.

Bu müddət ərzində bank tərəfindən əlavə 3 filial açılıb, həmçinin 6 bankomat və 5 POS-terminal quraşdırılıb. Bu dövr ərzində bankda çalışan işçilərin sayı 20% artaraq cari ilin iyul ayının 1-nə 1124 nəfər təşkil edib.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 25 filialı, 26 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR