Bank Of Baku

«Bank Standard» plastik kart sahibləri üçün endirim kampaniyası keçirir

«Bank Standard» plastik kart sahibləri üçün endirim kampaniyası keçirir
# 18 avqust 2010 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC «Visa» kart sahibləri üçün endirim kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu endirimlər «Visa-HotelClub» proqramı çərçivəsində 2011-ci ilin mart ayının 8-dək davam edəcək. Kampaniya çərçivəsində «Visa» plastik kart sahibləri internet vasitəsi ilə dünyanın 130 ölkəsində yerləşən butik tipli mehmanxanalardan tutmuş 5 ulduzlu otel şəbəkəsinədək 50 mindən artıq oteldə 75%-dək endirim əldə edə bilərlər.

Bankdan bildirilib ki, kampaniyadan faydalanmaq istəyən «Visa» kart sahibləri səfərə çıxmadan əvvəl www.hotelclub.com/visa saytında yerləşdirilmiş geniş siyahıdan münasib mehmanxana seçib endirimli qiymətə otaq sifariş verə bilərlər. Sifarişlər həm təcili qaydada, həm də 12 ayadək qabaqcadan verilə bilər.

Kampaniyada «Bank Standard» tərəfindən buraxılan bütün «Visa» plastik kartları iştirak edir.

Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR