Bank Of Baku

Bu il Azərbaycanda qiymətli kağızların emissiyası 20% azalıb

Bu il Azərbaycanda qiymətli kağızların emissiyası 20% azalıb
# 18 avqust 2010 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Azərbaycanın fond bazarında 3 600,9 mln. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 20,2% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarının ümumi emissiyasının 36,1%-ni səhmlər, 36,1%-ni dövlət istiqrazları, 16,1%-ni Mərkəzi Bankın notaları, 7,2%-ni veksellər, 4,5%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 503 mln. manatlıq dövlət istiqrazları, 287,2 mln. manatlıq Mərkəzi Bankın notaları, 196,6 mln. manatlıq səhmlər və 53 mln. manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.

Hesabat dövründə həmçinin, nominal dəyəri 145,8 mln. manat olan səhm, 158,1 mln. manatlıq dövlət istiqrazı və 61,9 mln. manatlıq korporativ istiqrazları tədavüldə olub.

Ümumiyyətlə, cari ilin yanvar-iyun ayları ərzində ölkənin qiymətli kağızlar bazarında dövlət istiqrazlarının emissiyası ötən ilin ilk yarısı ilə müqayisədə 3,2 dəfə (1,3 mlrd. manat), korporativ istiqrazların həcmi 3,1 dəfə (162,1 mln. manat), veksellər – 4,3 dəfə (259,1 mln. manat), ipoteka istiqrazları – 4 dəfə artıb (1 045 ədəd), Mərkəzi Bankın notları – 4,3 dəfə (579 mln. manat), səhmlər – 11,6% (1 300,7 mln. manat) azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR