Bank Of Baku

Rusiyanın daha bir bankı Azərbaycanda filial açmaq niyyətindədir

Rusiyanın daha bir bankı Azərbaycanda filial açmaq niyyətindədir
# 18 avqust 2010 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Perspektivdə Rusiyanın iri bank təşkilatlarından biri olan «RosSelxozBank» Azərbaycandakı qurumunun statusunu artıra bilər. Bu barədə «APA-Economics»ə «RosSelxozBank»ın Azərbaycandakı nümayəndəliyinin başçısı Bəxtiyar Ağayev məlumat verib.

Onun sözlərinə görə, cari ilin mart ayında «RosSelxozBank» Azərbaycanda qeydiyyatdan keçib və iyun ayının 21-dən etibarən Azərbaycan Mərkəzi Bankından icazə alaraq nümayəndəlik statusu ilə fəaliyyətə başlayıb: «Hazırda nümayəndəliyin bank əməliyyatlarını həyata keçirməyə icazəsi yoxdur. Lakin gələcəkdə, nümayəndəliyin fəaliyyətindən asılı olaraq, «RosSelxozBank»ın Azərbaycandakı statusunu artıraraq filial şəklində işini davam etdirəcəyi istisna deyil».

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiyanın «Nikoil Bank» və «VTB Azerbaijan» bankları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR