Bank Of Baku

«Xalq Bank» son bir ildə mənfəətini 40% artırıb

«Xalq Bank» son bir ildə mənfəətini 40% artırıb
# 18 avqust 2010 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 480,021 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 21,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 7,8% artaraq 283,993 mln. manat, o cümlədən əhalinin əmanətləri 17% artaraq 208,075 mln. manat, kredit portfeli 15% artaraq 395,857 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 18% artaraq 13,093 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 33,2% artaraq 86,160 mln. manata, o cümlədən nizamnamə kapitalı 36% artaraq 72,828 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 44,3% artaraq 27,951 mln. manat, xərcləri isə 47% artaraq 17,645 mln. manat olub. Nəticədə, bankın yarımillik mənfəəti 40% artaraq 10,307 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 12,5% artaraq 12 137, o cümlədən fiziki şəxslərin sayı 11% artaraq 10 740, hüquqi şəxslərin sayı isə 29% artaraq 1 397 olub. Bankda çalışan işçilərin sayı 35% artaraq 373 nəfərə, orta aylıq əmək haqqı isə 8% artaraq 1 048 manata çatıb.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktiv plastik kartlarının sayı 4 603 ədəd, o cümlədən debet kartlarının sayı 3 875, kredit kartlarının sayı isə 728 ədəd olub.

Bankın ölkə üzrə 11 filialı, 30 bankomatı və 44 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR