Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10% artıb
# 19 avqust 2010 09:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə 2 426,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 66,1%-ni hüquqi şəxslərin müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin eyni dövrünün səviyyəsini 8,5% üstələyərək 1 911,4 mln. manata çatıb.

Yanvar-iyul aylarında xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 38,8 manatlıq və ya 5,6 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4 manatı (71,4%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR