Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb

İqtisadi Tədqiqatlar Mərkəzi 2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb
# 19 avqust 2010 11:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «2009-cu ildə dövlət büdcəsinin icrasının sosial rifaha təsirinin qiymətləndirilməsi» mövzusunda apardığı tədqiqatın nəticələrini açıqlayıb. «APA-Economics»in məlumatına görə, tədbirdə İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu hazırlanmış hesabatla bağlı geniş məlumat verib.

Q.İbadoğlunun sözlərinə görə, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin mədaxil üzrə proqnozu 12,177 mlrd. manata qarşı 10,326 mlrd. manat və ya 84,8% icra olunub ki, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır. Ötən il qlobal maliyyə böhranının dövlət büdcəsinə təsiri nəticəsində büdcə xərcləri, o cümlədən sosial sektora ayrılan vəsaitin həcmi azalıb. Bir tərəfdən neft hasilatının büdcədə proqnozlaşdırılandan 23% və ya 12,2 mln. ton az olması, digər tərəfdən isə neft qiymətinin kəskin enməsi, habelə xarici investorların ölkənin maliyyə bazarlarından 250 mln. ABŞ dolları və bank sistemindən 1,7 mlrd. dollar vəsaitin geri çəkməsi icmal büdcədə gərginlik yaradıb. «Böhranın təsirləri dövlət büdcəsinin icrası zamanı özünü biruzə verib», - deyə Q.İbadoğlu bildirib.

Təqdimatın sonunda Q.İbadoğlu dövlət büdcəsinin əhalinin sosial rifah halına təsirinin optimallaşdırlması və səmərəliliyin artırılması üçün İTM tərəfindən tövsiyələrin hazırlandığını bildirib. Tövsiyələrdə dövlət büdcəsinin formalaşması zamanı planlaşdırma, proqramlaşdırma, həmçinin büdcə zənciri üzrə maliyyə proqramlaşdırılmasının daha uyğun modelinə keçidin təmin edilməsi, eyni zamanda dövlət büdcəsinin proqnozlaşdırılması zamanı qabaqcıl ekonometrik üsullardan istifadə və digər məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR