Bank Of Baku

«Bank of Baku»nun mənfəəti son bir ildə 50% artıb

«Bank of Baku»nun mənfəəti son bir ildə 50% artıb
# 19 avqust 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin avqust ayının 1-nə 221,535 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərində bankın kredit portfeli 30% artaraq 166,985 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 42% artaraq 133,722 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 36% genişlənərək 171,586 mln. manat, o cümlədən əhalinin müddətli depozitləri 71% artaraq 102,375 mln. manat təşkil edib. Həmçinin, bankın ödənilmiş nizamnamə kapitalının həcmi 89% artaraq 12,852 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bankın əldə etdiyi mənfəətin həcmi 7,896 mln. manat təşkil edib, bu isə 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 49% çoxdur.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə yerli fiziki şəxs çıxış edir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR