Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar-iyul ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini 39% üstələyir.
Bu indeksin 1-dən çox olması əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətindən üstün olduğunu göstərir. Bundan başqa, indeksin əvvəlki müddətlə müqayisədə artması bu üstünlüyün gücləndiyini, sabit qalması isə onun dəyişmədiyini əks etdirir.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsi 7 348 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 426,4 mln. manat, əhalinin gəlirləri isə 13 604 mln. manat təşkil edib.