Bank Of Baku

«Kövsər Bank»ın valyutalı istiqraz emissiyası dövlət qeydiyyatına alınıb

«Kövsər Bank»ın valyutalı istiqraz emissiyası dövlət qeydiyyatına alınıb
# 19 avqust 2010 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Kövsər Bank» ASC-nin təmin edilmiş adlı sənədsiz istiqrazlarının emissiya prosrektini dövlət qeydiyyatına alıb.

QKDK-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 200 avro, sayı 5 550 ədəd, emissiyanın ümumi həcmi isə 1,110 mln. avro təşkil edir.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildən «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin aprel ayının 1-nə «Kövsər Bank»ın aktivlərinin həcmi 16,843 mln. manat, depozit portfeli 2,479 mln. manat, məcmu kapitalı 10,239 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR