Bank Of Baku

«Turanbank» son bir ildə aktivlərini 53% artırıb

«Turanbank» son bir ildə aktivlərini 53% artırıb
# 19 avqust 2010 14:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin əvvəlindən 15% artaraq avqust ayının 1-nə 126,5 mln. manat təşkil edib. Bu, ötən ilin avqustun 1-nə olan analoji göstərici ilə müqayisədə 53,3% çoxdur.
«Turanbank»dan «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyul ayları ərzində bankın kredit portfeli 13,6%, son bir ildə isə 39,8% artaraq 88,5 mln. manat təşkil edib.
Bankın gəlirləri 2009-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 23,8% artaraq 8,6 mln. manata, bankın mənfəəti isə 2,1 mln. manata çatıb.
Bundan başqa, 2010-cu ilin yanvar-iyul aylarında bankın depozit portfeli 34,4%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2,4 dəfə artaraq 48,5 mln. manata çatıb. Depozit portfelinin strukturunda əhalinin müddətli depozitləri 29,7 mln. manat təşkil edib ki, ilin əvvəlindən bu göstərici 31,9%, son bir ildə isə 2 dəfə artıb.
Avqustun 1-nə «Turanbank»ın məcmu kapitalı 21,1 mln. manat təşkil edib (illik artım - 3,8%). Bankın nizamnamə kapitalı isə ilin əvvəlindən 8,8% artıb və 18,5 mln. manata çatıb.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (nizamnamə kapitalın 21,65%-i) və 20 fiziki şəxs (78,35%) olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə ərazisində 11 filialı və 20 ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR