Bank Of Baku

«Texnika Leasing»in portfeli son bir ildə 2% azalıb

«Texnika Leasing»in portfeli son bir ildə 2% azalıb
# 19 avqust 2010 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» QSC-nin lizinq portfelinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 4,109 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin I rübünün yekunları ilə müqayisədə 2,3% azdır.

Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 495,2 min manata çatıb.

Lizinq portfelinin diversifikasiyasına gəldikdə isə portfelin 90%-ni xüsusi təyinatlı yük avtomobilləri, 10%-ni isə minik və digər avtomobillər təşkil edib.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalı 11,5 dəfə artaraq 2,5 mln. manata çatıb.

Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır. Şirkətin fəaliyyət dairəsi yalnız Bakı və Abşeronu əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR