Bank Of Baku

«Bank SilkWay» son bir ildə aktivlərini 43% artırıb

«Bank SilkWay» son bir ildə aktivlərini 43% artırıb
# 19 avqust 2010 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 47,925 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 43% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 36% genişlənərək 13,398 mln. manat, o cümlədən əhalinin əmanətləri 65% artaraq 1,796 mln. manat olub. Bankın kredit portfeli 53% artaraq 35,475 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,1 dəfə artaraq 3,784 mln. manata çatıb.

Eyni zamanda, bankın məcmu kapitalı 14% artaraq 23,636 mln. manat, o cümlədən nizamnamə kapitalı 11% artaraq 22,20 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın məcmu gəlirləri 67% artaraq 4,503 mln. manat, xərcləri isə 61% artaraq 3,566 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 92% artaraq 0,937 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın müştərilərinin sayı 4,33% artaraq 5 128-ə, o cümlədən fiziki şəxslərin sayı 2,3% artaraq 4 721-ə, hüquqi şəxslərin sayı isə 36% artaraq 407-yə çatıb. Hesabat dövründə bankın işçilərinin sayı 52% artaraq 108 nəfər, orta aylıq əmək haqqı isə 34% artaraq 1 053 manat təşkil edib. Bununla yanaşı, bankın cəmi aktiv plastik kartlarının sayı 53% artaraq 5 257, o cümlədən debet kartlarının sayı 53% artaraq 5 233, kredit kartlarının sayı isə 4 dəfə artaraq 24 ədəd olub.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 8 filialı, 19 bankomatı və 23 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR