Bank Of Baku

«Texnikabank» son bir ildə depozit portfelini 22% genişləndirib

«Texnikabank» son bir ildə depozit portfelini 22% genişləndirib
# 20 avqust 2010 07:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin avqust ayının 1-nə 461,835 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin avqustun 1-nə olan göstərici ilə müqayisədə 0,83% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 22% genişlənərək 200,836 mln. manat, o cümlədən əhalinin əmanətləri 57,97% artaraq 147,925 mln. manata çatıb. Bu dövrdə bankın kredit portfeli 318,294 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 36,573 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın məcmu kapitalı 5% azalaraq 57,319 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında bankın əldə etdiyi mənfəətin həcmi 1,843 mln. manat təşkil edib.

«Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 48 bankomatı və 341 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR