Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 32% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 32% artıb
# 20 avqust 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 295,358 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 32% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 75% genişlənərək 110,432 mln. manat, o cümlədən əhalinin əmanətləri 52% artaraq 81,692 mln. manat, həmçinin kredit portfeli 26,2% artaraq 210,044 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 13% azalaraq 57,462 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 0,6% artaraq 47,958 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,8% artaraq 19 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 8,6% azalaraq 19,430 mln. manat, xərcləri isə 9,3% artaraq 17,265 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 70% azalaraq 1,247 mln. manat təşkil edib.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR