Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb
# 20 avqust 2010 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu ilin avqust ayının 1-nə mənfi 13,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyulun 1-nə mənfi 5,9%, iyunun 1-nə mənfi 5,3%, mayın 1-nə isə müsbət 19,8%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin dəyərinin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 219,6 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu da iyulun əvvəli ilə müqayisədə 33,8 mln. manat azdır.

Makroiqtisadi baxımından bu indeksin azalması müsbət göstəricidir. Belə ki, onun aylıq müqayisədə azalması son istehlakın əvvəlki ayla müqayisədə artdığını gösətirir. Ümumilikdə isə, indeksin mənfi rəqəmlə ifadə olunması son istehlakın aylıq müqayisədə artmasını əks etdirir. Aydındır ki, eyni zamanda indeksin azalması və ya mənfi rəqəmlə ifadə olunması istehsalın azalmasının nəticəsi kimi də qiymətləndirilə bilər, lakin bizim halda bu səbəb mövcud deyil, çünki iyul ayında iyunla müqayisədə sənaye istehsalı 2,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR