Bank Of Baku

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 12% artıb

«Kövsər Bank»ın depozit portfeli son bir ildə 12% artıb
# 20 avqust 2010 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 17,984 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 12,4% artaraq 3,197 mln. manata, o cümlədən əhalinin əmanətləri 7,2% azalaraq 1,648 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 2,9% artaraq 10,550 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,020 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 33,6% azalaraq 0,986 mln. manat, xərcləri isə 42% azalaraq 0,847 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 5,3 dəfə artaraq 0,139 mln. manat olub.

Xatırladaq ki, bu müddət ərzində bankın müştərilərinin sayı 3,2 dəfə artaraq 1 317-yə, o cümlədən fiziki şəxslərin sayı 6 dəfə artaraq 1 003-ə, hüquqi şəxslərin sayı isə 19% artaraq 294-ə çatıb.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin iyul ayının 1-nə bankın 2 filialı, 2 bankomatı və 25 işçisi var. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR