Bank Of Baku

«Atrabank»ın depozit portfeli son bir ildə 51% artıb

«Atrabank»ın depozit portfeli son bir ildə 51% artıb
# 20 avqust 2010 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 35,710 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 51,4% genişlənərək 6,437 mln. manata, o cümlədən əhalinin əmanətləri 44% artaraq 5,537 manata çatıb. Eyni zamanda, bankın kredit portfeli 0,6% artaraq 24,614 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 24% artaraq 6,029 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 0,2% artaraq 10,903 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 8% azalaraq 1,529 mln. manat, xərcləri isə 7% azalaraq 1,520 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 65% azalaraq 8,13 min manat olub.

Bundan başqa, bu dövrdə bankın müştərilərinin sayı 0,4% artaraq 6 662, o cümlədən fiziki şəxslərin sayı 0,3% artaraq 5 582, hüquqi şəxslərin sayı isə 1% artaraq 1 080 olub. Həmçinin, bankın işçilərinin sayı 3,9% artaraq 158 nəfərə, orta aylıq əmək haqqı isə 24% azalaraq 354 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 24 mübadilə məntəqəsi, 13 bankomatı və 35 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR