Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq təşkilata üzv olur

Azərbaycan Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq təşkilata üzv olur
# 20 avqust 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasının (AÖKİK) sentyabrın 3-10-da Seulda (Cənubi Koreya) keçiriləcək növbəti toplantısında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda Azərbaycanın bu quruma tamhüquqlu üzv olmasının təsdiqi, eyni zamanda üzv dövlətlər tərəfindən kredit ittifaqlarının inkişaf etdirilməsi, mövcud problemlər və digər məsələlər müzakirə olunacaq. «Bu beynəlxalq təşkilata ödənilən illik üzvlük haqqı isə 1250 ABŞ dolları təşkil edir. Üzvlük haqqının məbləği Azərbaycan üçün güzəştli şərtlərlə qəbul edilib», - deyə E.Bağırov bildirib.

Qeyd edək ki, toplantıda E.Bağırov AKİA-nın fəaliyyəti, Azərbaycanda kredit ittifaqlarının inkişafı və digər mövzularda geniş məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 64-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR