Bank Of Baku

«Nikoil Leasing» şirkəti mənfəətini artırıb

«Nikoil Leasing» şirkəti mənfəətini artırıb
# 20 avqust 2010 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il avqust ayının 1-nə 4,906 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,4% çoxdur.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, son bir il müddətində lizinqə verilən avadanlıqların dəyəri (7,940 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmi (5,884 mln. manat) dəyişməz qalıb.

Ötən ilin avqustun 1-i ilə müqayisədə şirkətin lizinq müqavilələrinin sayı 18% artaraq 13-ə çatıb. Bu müddət ərzində nizamnamə kapitalının həcmi də sabit qalaraq 100 min manat olub.

M.Turabovun sözlərinə görə, lizinq portfelində 82,6% istehsalat avadanlıqları, 13,8% tikinti texnikası, 2,3% nəqliyyat sektoru, 1,2%-i isə digər sahələrin payına düşüb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında şirkətin əldə etdiyi mənfəətin həcmi 75 min manat təşkil edib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 44% çoxdur.

«Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR