Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir

Azərbaycan Kredit İttifaqları Assosiasiyası genişlənir
# 21 avqust 2010 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin sonuna kimi Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan kredit ittifaqlarının sayının 23% artaraq 79-a çatacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, daha üç yeni kredit ittifaqı lisenziya almaq məqsədi ilə Azərbaycan Mərkəzi Bankına müraciət edib. «Həmin ittifaqlar lisenziya aldıqdan sonra üzvlüklə bağlı Assosiasiyaya müraciət etmək niyyətindədir. Ümumiyyətlə, cari ilin sonuna kimi AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 79-a çatacaq».

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 64-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir. AKİA 2003-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR