Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları elan edib

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları elan edib
# 21 avqust 2010 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə kotirovka sorğusu elan edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, kotirovka sorğularında AMB-nin 1 və 2 nömrəli xəzinələrində avtonom müşahidə sistemlərinin quraşdırılması, həmin xəzinələrdə quraşdırma və təmir işlərinin aparılması nəzərdə tutulur. Həmçinin, AMB-də Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin və 2 nömrəli xəzinənin internet şəbəkəsinə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Sorğuda iştirak etmək istəyənlər müvafiq sənədləri sentyabr ayının 2-dək AMB-nin inzibati binasına təqdim edə bilərlər. Təklif zərfləri isə sentyabrın 3-də açılacaq.

Qeyd edək ki, sorğuda bütün lotlar üzrə iştirak haqqı 30 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR