Bank Of Baku

«Xəzri» pulköçürmə sistemi Rusiya bazarına çıxır

«Xəzri» pulköçürmə sistemi Rusiya bazarına çıxır
# 21 avqust 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC ilə Rusiyanın «Stoliçnıy Kredit Bank»ı arasında «Xəzri» sürətli pulköçürmə sisteminin mövcud proqram təminatının yeniləşdirilərək Moskva şəhərindəki xidmət məntəqələrinin açılmasına dair müqavilə imzalanıb.

«Kapital Bank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, plana əsasən, yaxın zamanda xidmət məntəqələrinin Moskva üzrə sayının artırılması və sistemin Rusiyada əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Burada xüsusi diqqət Rusiyada azərbaycanlıların sıx yaşadığı yerlərə yönələcək.

Qeyd edək ki, «Xəzri» sürətli pulköçürmə sistemi üzrə fərqi tapşırıqlar 10 dəqiqə ərzində yerinə yetirilir, komissiya haqqı göndərilən məbləğin 1,5%-ni təşkil edir. Bu sistem 2007-ci ildə «Kapital Bank» tərəfindən yaradılıb. Üç il ərzində sistem üzrə vəsait dövriyyəsi 50 mln. manat təşkil edib.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holdinq» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR