Bank Of Baku

«Bank of Baku» telefonla ödəniş xəttini açıb

«Bank of Baku» telefonla ödəniş xəttini açıb
# 23 avqust 2010 11:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC müştərilər üçün «Telefon Bankçılıq – 145» növbəsiz ödənişlər xəttini istifadəyə verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən operativ şəkildə kredit ödənişlərini müxtəlif telefon şəbəkəsi ilə həyata keçirə və hesabları barədə məlumat ala bilərlər.

Bunun üçün «Bank of Baku»nun təqdim etdiyi müştəri kodu və «MilliKart» plastik kart sahibi olmaq kifayətdir. Beləliklə, sistemə daxil olmaq üçün «145» nömrəsini yığıb dil seçimini etmək, müştəriyə bank tərəfindən verilən müştəri kodunu sistemə daxil etmək və sistem tərəfindən təqdim edilən siyahıdan kredit növünü seçmək lazımdır.

Sistemə daxil olarkən plastik kart məlumatlarının təqdimatından asılı olmayaraq müştərilərə əsas borc, faiz borcu, hesablanmış cərimə və bu günə ödənilməli borc barədə məlumatlar verilir. Ödəniş aparmaq üçün ödəniş menyusunu seçib plastik kartın nömrəsini, son istifadə tarixini, kartın arxa tərəfində göstərilən CVV/CVC üç rəqəmli kodu və ödəniləcək məbləği daxil etmək tələb olunur.

Qeyd edək ki, kod yanlış göstərildikdə həmin telefon nömrəsindən sistemə daxil olma 15 dəqiqəlik bloklaşdırılır. İş saatlarından kənar daxil olan ödənişlər növbəti iş günü tarixi ilə qəbul edilir.

Bundan əlavə, bankın korporativ saytında «Onlayn-məsləhətçi» xidməti vasitəsilə müştərilər iş saatlarında qısa müddət ərzində onları maraqlandıran bütün suallara ətraflı cavab ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR