Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 21% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 21% artıb
# 23 avqust 2010 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 39,288 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 21,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 28% artaraq 2,312 mln. manat, o cümlədən əhalinin əmanətləri 5,5% azalaraq 426 min manat, kredit portfeli 15% artaraq 32,142 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 12% azalaraq 1,469 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 10% azalaraq 8,939 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 59% azalaraq 314 min manat, xərcləri isə 28% azalaraq 913 min manat olub. Nəticədə, bankın zərəri 16% artaraq 598 min manata çatıb. Bu dövr ərzində bankın müştərilərinin sayı 28% artaraq 4 175, o cümlədən fiziki şəxslərin sayı 39% artaraq 3 650, hüquqi şəxslərin sayı isə 16% azalaraq 525 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR