«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 434 342,7 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya investisiyalarının həcmi 27,1% artıb.
Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-iyul aylarında ABŞ-ın Azərbaycanda əsas kapitala yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 75,6% artaraq 198 426,7 min manata çatıb.
Siyahıda üçüncü yerdə ötən ilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycanda əsas kapitala 103 898,8 min manat (+76,1%), Norveç investorları tərəfindən 64 321,4 min manat (+75%), Türkiyə investorları tərəfindən isə 57 314,0 min manat (+96%) sərmayə yatırılıb.
Siyahının ilk onluğunu Cənubi Koreya, Fransa, Çexiya, Səudiyyə Ərəbistanı və Rusiya tamamlayır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların ümumi həcmi 976 mln. manat təşkil edib və bu da ötən ilin analoji dövrü ilə müqayisədə 37,4% çoxdur.
Azərbaycanda əsas kapitala vəsait yatırmış investor ölkələrin renkinqi
| Ölkə | Yanvar-iyul, 2010-cu il | Xüsusi çəki (%) |
1. | Böyük Britaniya | 434 342,7 | 44,5 |
2. | ABŞ | 198 426,7 | 20,3 |
3. | Yaponiya | 103 898,8 | 10,6 |
4. | Norveç | 64 321,4 | 6,6 |
5. | Türkiyə | 57 314,0 | 5,9 |
6. | Koreya Respublikası | 21 654,6 | 2,2 |
7. | Fransa | 20 314,3 | 2,1 |
8. | Çexiya | 5 068,0 | 0,5 |
9. | Səudiyyə Ərəbistanı | 2 634,0 | 0,3 |
10. | Rusiya | 1 937,2 | 0,2 |