Bank Of Baku

«DəmirBank» son bir ildə kredit portfelini 26% genişləndirib

«DəmirBank» son bir ildə kredit portfelini 26% genişləndirib
# 23 avqust 2010 13:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Ecoomics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin avqust ayının 1-nə 292,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25,5% artaraq 208,9 mln. manat, depozitlərin həcmi 101,8 mln. manat, o cümlədən əhalinin əmanətlərinin həcmi 53% genişlənərək 82,2 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə bankın məcmu kapitalı 48 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat olub.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR