Bank Of Baku

Azərbaycanda pul bazası son bir ildə 35% artıb

Azərbaycanda pul bazası son bir ildə 35% artıb
# 03 noyabr 2010 12:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2010-cu il noyabr ayının 1-nə 5 646,3 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin noyabrın əvvəli ilə müqayisədə bu göstərici 1 452,8 mln. manat və ya 34,6% artıb.

Cari ilin əvvəlindən pul bazası 785,3 mln. manat və ya 16,2%, oktyabr ayında isə 141,7 mln. manat və ya 2,6% artıb. Beləliklə, oktyabrdakı artımın həcmi 2010-cu il ərzində müşahidə olunan orta aylıq artım həcmindən təxminən 2 dəfə çoxdur.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir. Lakin artım pul bazasının hansı tərkib hissəsinin hesabına formalaşdığı məlum deyil, çünki nağd pulların noyabrın 1-nə olan statistikası hələ açıqlanılmayıb. Eyni zamanda gözləmək olar ki, artım hər iki tərkib hissə hesabına yaranıb. Bu qənaət üçün əsas kimi hazırda Mərkəzi Bank tərəfindən həyata keçirilən yumşaq pul-kredit siyasəti nəticəsində son aylar nağd pulların artmasını və bankların kreditləşmədə fəallığının kəskin azalması nəticəsində onların ehtiyat pullarının artmasını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR