Bank Of Baku

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb

«Bank of Baku» yeni kredit kampaniyasına başlayıb
# 03 noyabr 2010 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «YES!» (Young Executives and Specialists - Gənc Menecer və Mütəxəssislərə dəstək) adlı kredit kampaniyasına start verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində gənc menecer və mütəxəssislərə güzəştli şərtlərlə bərpa olunan kredit xəttinin ayrılması nəzərdə tutulur. Kampaniyanın şərtlərində kreditin müddəti 18 ay (ilk 12 ay ərzində bərpa olunan kredit xətt) maksimum məbləği 3500 manat, kredit üzrə faiz dərəcəsi illik 28% qeyd olunub.
Qeyd edək ki, «YES!» kampaniyası çərçivəsində kredit xəttindən yalnız yaşı 20-dən 35-dək olan və http://www.bankofbaku.com/az/young-executives-and-specialists.html ünvanında adları siyahıda qeyd olunan şirkətlərin işçiləri faydalana bilərlər.
Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR