Bank Of Baku

Son bir ildə «Kredo Bank»ın aktivləri 49% artıb

Son bir ildə «Kredo Bank»ın aktivləri 49% artıb
# 03 noyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ACS-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 86,145 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə nisbətən 49% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 16,3% azalaraq 15,550 mln. manat, o cümlədən əhalinin əmanətləri 31% azalaraq 9,094 mln. manata çatıb. Həmçinin, bankın kredit portfeli 87% artaraq 63,212 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 9,2% artaraq 8,613 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 15% artaraq 15,962 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,040 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 77% artaraq 7,192 mln. manat, xərcləri isə 70% artaraq 6,793 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti təxminən 8,3 dəfə artaraq 0,399 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində bankın işçilərinin sayı 9% artaraq 170 nəfərə, orta aylıq əmək haqqı 5% artaraq 288 manata çatıb. Həmçinin, bu dövrdə bankın müştərilərinin sayı 23% artaraq 25 256, o cümlədən fiziki şəxslərin sayı 24% artaraq 22 653, hüquqi şəxslərin sayı isə 16% artaraq 2 603 təşkil edib.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 14 filialı, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR