Bank Of Baku

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq mikromaliyyə konfransında iştirak edir

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq mikromaliyyə konfransında iştirak edir
# 04 noyabr 2010 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) Qlobal Mikromaliyyə Şəbəkəsinin (SEEP) Vaşinqtonda (ABŞ) keçirilən XXV konfransında iştirak edir.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, noyabrın 5-dək keçiriləcək konfransda 80 ölkədən 700-ə yaxın nümayəndə iştirak edir.

Qeyd edək ki, konfransda Azərbaycanı AMA-nın icraçı direktoru Jalə Hacıyeva təmsil edir. J.Hacıyeva konfransda «Maliyyə savadlığı və istehlakçıların müdafiəsi» mövzusunda geniş təqdimatla çıxış edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR