Bank Of Baku

Azərbaycan CAREC ölkələrin nazirlər konfransında iştirak edib

Azərbaycan CAREC ölkələrin nazirlər konfransında iştirak edib
# 04 noyabr 2010 09:39 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev – APA-Economics. Manilada (Filippin) Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) iştirakıçı ölkələrin nazirlər konfransı keçirilib.

AİB-dən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirdə Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəksitan, həmçinin AİB, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Valyuta Fondu (IMF), İslam İnkişaf Bankı (IDB), Dünya Bankı (WB) və digər ölkə və beynəlxalq qurumların rəsmiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanı ölkənin İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyevin başçılığı altında nümayəndə heyəti təmsil edib.

Konfransda CAREC çərçivəsində görülən işlər, hazırda icra olunan layihələr və Proqramın perspektivləri müzəkirə olunub. Dörd gün davam edən tədbir çərçivəsində həmçinin CAREC-a daha iki ölkə – Türkmənistan və Paksitan qoşulub.

Bundan başqa, tədbir çərçivəsində bu gün «Qlobal maliyyə böhranının Asiya regionuna təsiri» mövzusunda seminar keçirilib.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə IMF, WB, EBRD, IDB və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Proqramın iştirakçıları sırasına 10 ölkə (Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Türkmənistan, Pakistan, Tacikistan və Özbəkistan) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR