Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı islam bankçılığının tətbiqinə başlayır

Azərbaycan Beynəlxalq Bankı islam bankçılığının tətbiqinə başlayır
# 04 noyabr 2010 09:45 (UTC +04:00)
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bunu islam bankçılığının tətbiqi üzrə konsepsiyanı hazırlayan xüsusi işçi qrupunun rəhbəri Bəhnam Qurbanzadə bildirib.

Qeyd edək ki, ABB islam bankçılığının tətbiqi çərçivəsində 2009-cu ildə «İslam pəncərə» bölməsinin açılmasına dair xüsusi işçi qrupu yaradıb.

B.Qurbanzadənin sözlərinə görə, konsepsiya çərçivəsində qüvvədə olan qanunvericilik əsasında işlərin başlanması və qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlanıb. «Biz artıq hazırlıq işlərini əhatə edən layihənin ilk mərhələsini həyata keçirmişik və layihənin işə salınması və onun həyata keçirilməsi üzrə monitorinqin aparılması üçün beynəlxalq mütəxəssislərin cəlb edilməsini əhatə edən ikinci mərhələ üzrə iş aparırıq. Bank danışıqlar aparır və bir sıra beynəlxalq konsaltinq şirkətlərinin təkliflərinə baxır. Noyabr ayında biz məsləhətçini rəsmən təqdim etməyə və layihənin birgə icrasına başlamağa hazır olacağıq», - deyə B.Qurbanzadə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR