Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 31% artırıb

«Qafqaz İnkişaf Bankı» son bir ildə əhalidən cəlb etdiyi əmanətlərin həcmini 31% artırıb
# 04 noyabr 2010 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 34,836 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 1,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 44% azalaraq 2,268 mln. manat, o cümlədən əhalinin əmanətləri 31% artaraq 715 min manat, kredit portfeli 1,7% artaraq 30,457 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 0,9% azalaraq 1,443 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 4,8% azalaraq 9,085 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 7% azalaraq 1,067 mln. manat, xərcləri isə 30% azalaraq 1,457 mln. manat olub. Nəticədə, bankın zərəri 58% azalaraq 389 min manata çatıb. Bu dövr ərzində bankın müştərilərinin sayı 33,5% artaraq 4 522, o cümlədən fiziki şəxslərin sayı 39% artaraq 3 990, hüquqi şəxslərin sayı isə 3,3% azalaraq 532 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR